Bakı. 30 aprel. REPORT.AZ/ "Biz zorakılığın artmasını müşahidə etmək istəmirik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə qayıtmaq lazımdır".
"Report" xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner qoşunların təmas xəttində vəziyyəti şərh edərkən bildirib.
"Biz Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və sülh prosesinə qayıtmağa çağırırıq", - Toner qeyd edib.