​30-a yaxın əcnəbi jurnalist işğal altında olan Dağlıq Qarabağa səfər edib

​30-a yaxın əcnəbi jurnalist işğal altında olan Dağlıq Qarabağa səfər edib Səfər üç gün davam edib
Qarabağ
25 Mart , 2015 08:48
​30-a yaxın əcnəbi jurnalist işğal altında olan Dağlıq Qarabağa səfər edib

Bakı. 25 mart. REPORT.AZ/ 18-23 mart tarixlərində İrəvanda keçirilən qondarma "erməni soyqırımı"na həsr olunmuş mediaforumun 30-a yaxın iştirakçısı Azərbaycanın icazəsi olmadan erməni işğalı altındakı Dağlıq Qarabağ regionuna səfər edib.

"Report" "Kavkazskiy uzel"ə istinadən xəbər verir ki, səfər üç gün davam edib.

Səfər çərçivəsində yerli və əcnəbi jurnalistlər qondarma "Dağlıq Qarabağ Respublikası"nın "rəhbər şəxsləri" ilə görüşüb, həmçinin tapdaq altında olan Qarabağın gəzməli-görməli yerləri ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi