​Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək

​Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər
Cəmiyyət
21 Avqust , 2014 15:53
​Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək
Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada vətəndaşları qəbul edəcək.

Nazirlikdən Report-a verilən məlumata görə, Ə.Abbasov tərəfindən avqustun 27-si, saat 10:00-da Quba rayonunda (Quba, Qusar, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi