Xəzər Universiteti dünyanın yüz ən yaxşı universiteti sırasında

Xəzər Universiteti dünyanın yüz ən yaxşı universiteti sırasında Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır
Cəmiyyət
19 Dekabr , 2014 21:17
Xəzər Universiteti dünyanın yüz ən yaxşı universiteti sırasında

Bakı. 19 dekabr. REPORT.AZ/ Dünyada universitetlərinin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələri, müəllim-tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, “QS” təşkilatı cari il dekabrın 17-də yeni reytinq cədvəlini açıqlayıb. Bu reytinqdə Xəzər Universiteti 39.6 balla 71-ci yerdə qərarlaşıb.

Reytinqin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir və bu indikator üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.

Son xəbərlər

Orphus sistemi