​Tokioda Bakıdan olan kəşfiyyatçı Rixard Zorgenin məzarı ziyarət edilib

​Tokioda Bakıdan olan kəşfiyyatçı Rixard Zorgenin məzarı ziyarət edilib Mərasimdə Rusiya səfirliyi və hərbi attaşe nümayəndələri iştirak ediblər
Cəmiyyət
8 May , 2015 07:30
​Tokioda Bakıdan olan kəşfiyyatçı Rixard Zorgenin məzarı ziyarət edilib

Bakı. 8 may. REPORT.AZ/ Rusiyalı diplomatlar Bakıdan olan əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin Tama şəhərindəki məzarını ziyarət ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasimdə Rusiya səfirliyi və hərbi attaşe nümayəndələri ilə yanaşı Yaponiyada yaşayan sadə Rusiya vətəndaşları da iştirak ediblər.

2015-ci ildə Zorgenin 7 noyabr 1944-cü ildə Tokionun "Suqamo" həbsxanasında edamının 71 ili tamam olur.

Rixard 1895-ci ildə Sabunçu qəsəbəsində, Bakıda neft hasilatı ilə məşğul olan Nobel şirkətinin mədənlərində işləyən alman mühəndis Qustav Vilhelm Rixard Zorgenin ailəsində dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi