​Sabah "ASAN Xidmət"də 8 milyonuncu müraciət qeydə alınacaq

​Sabah "ASAN Xidmət"də 8 milyonuncu müraciət qeydə alınacaq Masallı və Qəbələ şəhərlərində də "ASAN Xidmət" mərkəzləri açılacaq
Hadisə
10 Fevral , 2016 14:39
​Sabah ASAN Xidmətdə 8 milyonuncu müraciət qeydə alınacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Sabah "ASAN Xidmət" mərkəzlərində 8 milyonuncu müraciətin qeydə alınması gözlənilir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib.

F.Cəfərov deyib ki, tezliklə Masallı və Qəbələ şəhərlərində də "ASAN Xidmət" mərkəzləri fəaliyyətə başalayacaq: "Əvvəllər mərkəzlərimizin sayı az idi və gözləmə müddəti 30 dəqiqəyə, bəzən isə 1 saata çatırdı. İndi isə bu müddət 3-5 dəqiqəyə düşüb. Biz bunu bir qədər də azaldacağıq".

Son xəbərlər

Orphus sistemi