Bakı. 21 noyabr. REPORT.AZ/ Daxili işlər naziri general-polkovni
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı R.Usubov deyib ki, Azərbaycanda müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır: "Bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqincə xidmət edirlər".
Daha sonra nazir Azərbaycandakı kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. Nazir həmçinin dost və qardaş xalqların mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.
G.Dumbadze isə öz növbəsində 2001-2005-ci illərdə Gürcüstanın Azərbaycandakı səfirliyində müşavir kimi fəaliyyət göstərdiyini xatırladaraq, mərhum prezident Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.