​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib

​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib Qərar sərnişin və yük daşımalarına xüsusi razılıq verilməsi üçün sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi
Cəmiyyət
26 Yanvar , 2016 18:26
​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in təsdiq edilməsi haqqında" 2013-cü il 20 iyun tarixli qərarını ləğv edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Bu qərar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi.

Son xəbərlər

Orphus sistemi