​Bu il 9,4 min ölüm qeydə alınıb

​Bu il 9,4 min ölüm qeydə alınıb Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7-dən 6,1-ə qədər azalıb
Cəmiyyət
13 Aprel , 2015 18:59
​Bu il 9,4 min ölüm qeydə alınıb

Bakı. 13 aprel. REPORT.AZ/ İlin əvvəlindən Azərbaycanda 9,4 min ölüm faktı qeydə alınıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7-dən 6,1-ə qədər azalıb.

Qeyd edək ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib.

Son xəbərlər

Orphus sistemi