“Beynəlxalq Sülh Günü" ilə əlaqədar Lənkəranda konfrans keçirilib

“Beynəlxalq Sülh Günü" ilə əlaqədar Lənkəranda konfrans keçirilib Konfrans Lənkəran şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub
Cəmiyyət
8 Sentyabr , 2016 19:27
“Beynəlxalq Sülh Günü ilə əlaqədar Lənkəranda konfrans keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Lənkəran Mədəniyyət Mərkəzində 21 sentyabr - “Beynəlxalq Sülh günü” münasibəti ilə “Sülh – azadlıq, bərabərlik və ədalətdir” adlı konfrans keçirilib. 

"Report"un Cənub bürosu xəbər verir ki, konfrans Lənkəran şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə təşkil olunub. 

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, sülh əbədi bir mövzudur və bu, bütün ölkələr üçün çox vacibdir: "Bu tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizin sülhsevərliyini bir daha diqqətə çatdırmaqla, respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilməsini göstərmək, dövlətimizin humanist mahiyyətini dəyərləndirməkdir."

"Torpaqlarımızın 20 faizinin işğal altında, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan sülhsevər, tolerant ölkə kimi münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır. Ölkələr, xalqlar arasında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, hər cür zorakılığın dayandırılması arzusundadır" - natiq vurğulayıb.

Tədbirdə “Sülh və multikulturalizm”, “İslamda sülh və vəhdət”, “İslamda sülhün dəyəri və mahiyyəti” mövzularında məruzələr səsləndirilib.

Son xəbərlər

Orphus sistemi