Baş nazirin müavini: “Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlər yaxın günlərdə Yasamaldakı binaya köçürüləcəklər”

Baş nazirin müavini: “Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlər yaxın günlərdə Yasamaldakı binaya köçürüləcəklər” Məcburi köçkünlərlə görüşdə onların bir sıra problemləri dinlənilib
Cəmiyyət
25 Sentyabr , 2014 17:21
Baş nazirin müavini: “Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlər yaxın günlərdə Yasamaldakı binaya köçürüləcəklər”

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisində Qanlı göl ətrafında məskunlaşan və Abşeron rayonunun Xırdalan şəhərindəki partlayış nəticəsində mənzilləri dağılmış məcburi köçkünlərlə görüşüb.

“Report”un məlumatına görə, əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Ə.Həsənov bildirib ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan, burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.

Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilib.

Sonra baş nazirin müavini Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FHN tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Ə.Həsənov qeyd edib ki, hazırda partlayış olan binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir: "Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar".

Son xəbərlər

Orphus sistemi