Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası keçiriləcək

Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası keçiriləcək Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür
Cəmiyyət
16 Noyabr , 2014 11:53
Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası keçiriləcək
Bakı. 16 noyabr. REPORT.AZ/ Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) növbəti Assambleyasının bu ilin 19-21 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, Avstriyanın Laxenburg şəhərində yerləşən Akademiya korrupsiyaya qarşı mübarizə sahəsində dünyada beynəlxalq statuslu yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilat statusuna da malikdir. Hazırda təşkilatın 59 üzvü var. Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür.

Bakıda keçiriləcək IACA Assambleyasında bir sıra ölkələrin yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən nazirlərin, parlament spikerlərinin, korrupsiyaya qarşı mübarizə komissiyaları sədrlərinin və digər vəzifəli şəxslərin iştirakı nəzərdə tutulur. Assambleya IACA-nın əsas qərarverici qurumudur.

İACA 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Avropa İttifaqının Saxtakarlıq əleyhinə Təşkilatı tərəfindən təsis edilib.

Son xəbərlər

Orphus sistemi