​Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat"ın mitinqi ilə bağlı rəsmi məlumat yayıb

​Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat"ın mitinqi ilə bağlı rəsmi məlumat yayıb "İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib"
Cəmiyyət
14 Dekabr , 2014 17:00
​Bakı Şəhər Baş Polis İdarəsi Müsavatın mitinqi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabrın 14-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Daxili I.l'r Bakı Şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, saat 15.00-dan 16.00-dək davam edən toplantıda həmin partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Son xəbərlər

Orphus sistemi