​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialı açılacaq

​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialı açılacaq Mərkəzin Avstraliya, Malayziya və Sinqapurda da nümayəndəliklərinin açılacağı gözlənilir
Cəmiyyət
2 İyun , 2016 18:03
​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialı açılacaq

Bakı. 2 iyun. REPORT.AZ/ “Azərbaycan multikulturalizmi” fənni İndoneziyanın ən tanınmış ali təhsil müəssisələrindən birində tədris olunub. 

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Fənni bu semestr Cokyakarta şəhərindəki Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edib. 

O bildirib ki, dərslərdə bakalavr pilləsi üzrə 25 tələbə iştirak edib: "Bəzən başqa qruplardan da gəlib könüllü şəkildə dərslərdə iştirak edənlər olurdu. Bəzən tələbələrlə könüllülərin birgə sayı 50-dən artıq olurdu".

H.Zərbəliyev həmçinin Cokyakarta şəhərindəki Ahmad Dahlan Universitetinin dəvət iilə bu universitetin Dil, mədəniyyət və kommunikasiya fakültəsinin tələbə və müəllimlərinə “Azərbaycanda dil və mədəniyyət və multikulturalizm siyasəti” mövzusunda mühazirə oxuyub.

Professor əlavə edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İndoneziya filialının açılması məqsədilə Cokyakarta Dövlət Universiteti ilə danışıqları artıq yekunlaşıb: "Yaxın günlərdə adıçəkilən ali təhsil müəssisəsinin nəzdində BBMM-in İndoneziya filialı fəaliyyətə başlayacaq. Gələcəkdə isə mərkəzi qərargahı İndoneziya olmaqla regionun digər ölkələri - Avstraliya, Malayziya və Sinqapurda da BBMM-in nümayəndəliklərinin açılacağı gözlənilir. Bununla bağlı hazırda danışıqlar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi