​Azərbaycanda valideynləri məlum olmayan uşaqların qeydiyyatı ilə bağlı yeniliklər tətbiq olunacaq

​Azərbaycanda valideynləri məlum olmayan uşaqların qeydiyyatı ilə bağlı yeniliklər tətbiq olunacaq Artur Rasizadə "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb
Cəmiyyət
15 Avqust , 2014 10:28
​Azərbaycanda valideynləri məlum olmayan uşaqların qeydiyyatı ilə bağlı yeniliklər tətbiq olunacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

Report xəbər verir ki, dəyişikliyə əsasən, tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə (akt, ərizə) birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya veriləcək. Komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 iş günü müddətində uşağın atılması haqqında sənədi, doğum yeri, tarixi və cinsi barədə tibbi şəhadətnaməni, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.

Qeydiyyat qaydasına əlavəyə görə, tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 iş günü müddətində Komissiyaya məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi