Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi işçilərinin əmək haqları müəyyənləşdirilib - SİYAHI

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi işçilərinin əmək haqları müəyyənləşdirilib - SİYAHI Bununla bağlı baş nazir qərar imzalayıb
Cəmiyyət
25 Avqust , 2014 17:44
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi işçilərinin əmək haqları müəyyənləşdirilib - SİYAHI
Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarında dəyişiklik edib. Report xəbər verir ki, dəyişikliklə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyi və işçilərinin aylıq vəzifə maaşları müəyyən olunub.

Belə ki, Mərkəzin direktoru 1450, direktor müavini 1050, şöbə müdiri 870, sektor müdiri, baş mühasib, müşavir 580, mühasib, iqtisadçı, mütəxəssis, mətbuat katibi 530, texniki redaktor 500, sürücü, komendant 185, proqramçı, kompüter operatoru, texnik, kargüzar 165, fəhlə, xidməti otaqları yığışdıran 160 manat aylıq vəzifə maaşı alacaq.

Son xəbərlər

Orphus sistemi