Azərbaycan Konstitusiya Məhkəməsi rayon məhkəməsinin müraciəti ilə bağlı qərardad çıxarıb

Azərbaycan Konstitusiya Məhkəməsi rayon məhkəməsinin müraciəti ilə bağlı qərardad çıxarıb Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Cəmiyyət
25 Sentyabr , 2014 11:11
Azərbaycan Konstitusiya Məhkəməsi rayon məhkəməsinin müraciəti ilə bağlı qərardad çıxarıb
Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Prosessual Məcəlləsinin 137-ci və 445.2-ci maddələrinin şərh edilməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 16-na təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi