Azərbaycan Avropa İttifaqı ilə yeni layihənin icrasına başlayıb

Azərbaycan Avropa İttifaqı ilə yeni layihənin icrasına başlayıb Layihə Assosiasiya sazişinin imzalanması və müvafiq öhdəliklərin verilməsinə yardım etmək məqsədi daşıyır
Cəmiyyət
2 Dekabr , 2014 17:32
Azərbaycan Avropa İttifaqı ilə yeni layihənin icrasına başlayıb
Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layihəsi başlayıb. "Report"un xəbərinə görə, layihənin icraçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.

Hərtərəfli İnstitusional Quruculuq Proqramı Şərq Tərəfdaşlığının tərkib hissəsi olaraq, Avropa İttifaqı və Azərbaycan Respublikasının birgə hazırladığı və həyata keçirdiyi layihədir. Bu layihə Assosiasiya sazişinin imzalanması və müvafiq öhdəliklərin verilməsinə yardım etmək məqsədi daşıyır. HİQ proqramı institusional islahatların daha çox bəhrə verəcəyi sahələri müəyyən edir.

Son xəbərlər

Orphus sistemi