Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır Sahibkarlığa Kömək Milli Fondu iş adamlarına müraciət edib
Biznes
21 Sentyabr , 2016 09:18
Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Bakı. 21 sentyabr.REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. 

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, iş adamlarının iri taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması ilə bağlı investisiya layihələri maliyyələşdiriləcək. Sahibkarlar bu məqsədlə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 434-74-29 Faks: (012) 432-37-17 e-mail: [email protected]

Son xəbərlər

Orphus sistemi