​Zaqatala və Balakən rayonlarında bir neçə müəssisədə nöqsanlar aşkar edilib

​Zaqatala və Balakən rayonlarında bir neçə müəssisədə nöqsanlar aşkar edilib Nöqsanlarla bağlı hər iki müəssisəyə xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib
Biznes
6 Aprel , 2015 18:51
​Zaqatala və Balakən rayonlarında bir neçə müəssisədə nöqsanlar aşkar edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda fiziki şəxs Tamara Muqumayevaya məxsus şirniyyat sexində yoxlama aparıb.

“Report” Komitəyə istinadən bildirir ki, araşdırmanın nəticəsində hər iki müəssisədə istehsalın standartlara uyğun aparılmadığı müəyyənləşdirilib. Belə ki, istehsal heç bir texnoloji təlimat və reseptura olmadan həyata keçirilir, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib, məhsulların markalanması, saxlanma və daşınması düzgün aparılmayıb. Həmçinin məhsullar qanunvericiliyin tələblərinə əsasən sertifikatlaşmalı olduğu halda, onların uyğunluq sertifikatları mövcud deyil.

Qeyd edək ki, nöqsanlarla bağlı hər iki müəssisəyə xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.

Son xəbərlər

Orphus sistemi