Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Rusiya Federasiyasının Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından “Report”a verilən məlumata görə, həmin forum çərçivəsində I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu da təşkil olunacaq.
VI Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkədən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaş tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər. Qeyd olunan tədbirdə iştirak üçün Azərbaycan nümayəndə heyəti də Yekaterinburq şəhərinə səfərə dəvət edilib.