Yaponiyanın musiqi şirkəti Azərbaycanda nümayəndəlik açıb

Yaponiyanın musiqi şirkəti Azərbaycanda nümayəndəlik açıb Şirkət ölkədə yeni qeydiyyatdan keçib
Biznes
10 Fevral , 2016 10:22
Yaponiyanın musiqi şirkəti Azərbaycanda nümayəndəlik açıb

Bakı. 10 fevral. REPORT.AZ/ Yaponiyanın "Avex Holding" şirkəti Azərbaycanda nümayəndəlik açıb.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, nümayəndəlik hüquqi ünvan olaraq Bakı şəhərinin Sabunçu rayonu, Ləhiş Bağları massivində qeydiyyatdan keçib.

Qeyd edək ki, "Avex Holding" dörd biznes seqmentində fəaliyyət göstərən şirkətdir. Bu seqmentlər əsasən musiqi, təsvir, menecment, artistlərin bacarıqlarının idarə olunması, fan klubların təşkili, konsert tədbirlərinin planlaşdırılması, istehsalı və əməliyyatı, habelə artistlərin kəşfi, məktəb və restoranların idarə olunmasını əhatə edir. Şirkətin 20 konsolidasiya edilmiş filialı və 3 törəmə şirkəti var.

Son xəbərlər

Orphus sistemi