Yanvar-fevral aylarında tikinti sektorunda 1697,5 mln. manat vəsait istifadə edilib

Yanvar-fevral aylarında tikinti sektorunda 1697,5 mln. manat vəsait istifadə edilib Məbləğin 1247 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub
Biznes
14 Mart , 2015 15:41
Yanvar-fevral aylarında tikinti sektorunda 1697,5 mln. manat vəsait istifadə edilib

Bakı. 14 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında ölkənin tikinti kompleksində 1697,5 mln. manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox vəsaitdən istifadə edilib və onun 1247,0 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmis vəsaitin 886,5 mln. manatı yerli mənbələrdən daxil olub. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadrat metr yasayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı səhərində 110 kilovoltluq “Ağ səhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt səhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikişl fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi