​Xarici investorlar Azərbaycanın mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir

​Xarici investorlar Azərbaycanın mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir Qeyri-bank kredit təşkilatlarında problemli kreditlərin payı sabit qalıb
Biznes
7 İyun , 2016 13:47
​Xarici investorlar Azərbaycanın mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) ilə əməkdaşlıq edən xarici investorlar ayırdıqları vəsaitin qaytarılma müddətini artırmaqda maraqlı deyil. Bunu "Report"a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, bunun səbəbi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqinin aşağı salınması ilə bağlıdır: "Bunu nəzərə alan xarici investorlar mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir".

Bununla belə, BOKT-ların müştəriləri də götürdükləri kreditin restruktizasiya edilməsinə maraq göstərmirlər: "Müştərilərin əksəriyyəti çətinliklə belə olsa, adi qaydada ödənişlərə davam etmək istəyirlər. Çünki müqavilənin müddəti artırılanda əlavə faiz ödəmək lazımdır, bunu da hər adam istəmir".

J.Hacıyeva onu da deyib ki, hazırda BOKT-ların kredit portfelində vaxtı keçmiş kreditlərin payı təxminən 30%-dir: "Bu göstərici ilin əvvəlindən demək olar ki, dəyişməyib".

Son xəbərlər

Orphus sistemi