​Vergilər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

​Vergilər naziri Yardımlıda vətəndaşları qəbul edəcək Qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Biznes
16 May , 2016 18:20
​Vergilər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Bakı. 16 may. REPORT.AZ/ Mayın 20-də vergilər naziri Fazil Məmmədov Yardımlı rayonunda Vergi ödəyicilərinə Xidmət Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev küçəsi,167) vətəndaşları qəbul edəcək. 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, qəbulda Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qurumun açıqlamasında deyilir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı ərazi Vergilər İdarəsi, Yardımlı, Masallı, Astara və Lerik rayonlarının Vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi