​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edəcək

​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edəcək Nazirin qəbuluna Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşlar yazıla bilər
Biznes
18 Aprel , 2016 13:12
​Vergilər naziri Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 22-də vergilər naziri Fazil Məmmədov Neftçala rayonunda Heydər Əliyev prospekti,34 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında bu regiondan olan vətəndaşları qəbul edəcək. Nazirliyin analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, nazirin qəbuluna Neftçala, Şirvan və Salyan rayonlarından olan vətəndaşlar yazıla bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi, Neftçala və Salyan rayonlarının vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi