​Vergilər naziri Naftalanda vətəndaşları qəbul edib

​Vergilər naziri Naftalanda vətəndaşları qəbul edib Qəbulda Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak ediblər
Biznes
18 Sentyabr , 2015 14:41
​Vergilər naziri Naftalanda vətəndaşları qəbul edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazirlikdən “Report”a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi