​Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edib

​Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edib Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb
Biznes
27 Noyabr , 2015 17:01
​Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda Cəlilabad, Biləsuvar, Masallı vəYardımlı rayonlarından olan vətəndaşlarla görüş keçirilib. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi