​Vergi Məcəlləsinin şərhi müzakirələrə hazırlanır

​Vergi Məcəlləsinin şərhi müzakirələrə hazırlanır Xüsusi hissənin şərhi üzərində böyük qrup işləyir
Biznes
10 Fevral , 2016 16:51
​Vergi Məcəlləsinin şərhi müzakirələrə hazırlanır

Bakı. 10 fevral. REPORT.AZ/ Vergi Məcəlləsinin ümumi hissəsinin rəsmi şərhi hazırlanır və ilin ortasına qədər sənəd geniş müzakirəyə təqdim ediləcək. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Akif Musayev deyib.

A.Musayev bildirib ki, xüsusi hissənin də şərhinin hazırlanması prosesi davam edir: "Ümumi hissənin şərhi bitmək üzrədir və ilin ortasına qədər ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. Xüsusi hissə üzərində isə böyük qrup işləyir. Burada da işlərin çoxu görülüb. Onu da bitirib, ictimai müzakirəyə təqdim edəcəyik. Bundan sonra isə nəşr ediləcək".

Son xəbərlər

Orphus sistemi