Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 935-ə çatıb

Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 935-ə çatıb Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 2 nəfər artıb və 371-ə çatıb
Biznes
6 Oktyabr , 2016 11:53
Vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 935-ə çatıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 9 nəfər artaraq 564-ə çatıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 371 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 924-dən 935-ə çatıb.

Son xəbərlər

Orphus sistemi