Vergi borcuna Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 907-yə çatıb

Vergi borcuna Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 907-yə çatıb Ölkəni tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 546-ya çatıb
Biznes
30 Sentyabr , 2016 14:06
Vergi borcuna Azərbaycandan çıxması qadağan edilən şəxslərin sayı 907-yə çatıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 7 nəfər artırılaraq 546-ya çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 2 nəfər artıb və hazırda 361 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 898-dən 907-yə çatıb.

Son xəbərlər

Orphus sistemi