​Vergi Apellyasiya Şurası vergi ödəyicisinin şikayətini təmin edib

​Vergi Apellyasiya Şurası vergi ödəyicisinin şikayətini təmin edib Vergi Apellyasiya Şurasının iclasında vergi ödəyicisinin təkrar şikayətinə onun özünün iştirakı ilə baxılıb
Biznes
28 Oktyabr , 2015 14:13
​Vergi Apellyasiya Şurası vergi ödəyicisinin şikayətini təmin edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Vergi Apellyasiya Şurasında fiziki şəxs Anar Telman oğlu Sadıqovun Vergilər Nazirliyinə ünvanlanmış ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı Vergilər Departamenti tərəfindən aparılmış kameral yoxlama zamanı, vergi ödəyicisinin 2012-ci ilin IV rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim etmədiyi aşkarlanıb, bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilib. Lakin vergi ödəyicisi tərəfindən qeyd olunan müddət ərzində müvafiq təsdiqedici sənədlər, yazılı izahat məktubu və cari bəyannamə vergi orqanına təqdim olunmadığından, ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanıb.

Vergi ödəyicisinin kameral qaydada hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə vergi orqanlarına ünvanlandığı müraciətləri araşdırılması nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs A.Sadıqov sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "Megafun" Ticarət və Biznes Mərkəzinin II mərtəbəsində yerləşən “Cafe Yellow Eggs” adlı ictimai iaşə obyektini Babək Babayev adlı şəxslə 28 sentyabr 2012-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürüb və həmin ilin dekabrın 3-də vergi orqanında uçota qoyub.

A.Sadıqov fəaliyyətinə 2013-cü ilin yanvar ayından başlasa da, bağlanmış icarə müqaviləsinin şərtləri, o cümlədən icarəçinin əvvəlcədən 2 aylıq ödəniş məbləği həyata keçirməsi, icarə haqqının hesablanmağa başlanma tarixini nəzərdə tutan “Təhvil-təslim aktı”nın onda olan surətini itirdiyindən və icarə haqqını ödəmədiyi barədə təsdiqedici sənədləri təqdim etmədiyindən vergi orqanı ona 2012-ci ilin IV rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablayıb.

A.Sadıqov araşdırmaya təqdim etdiyi izahatında satış dövriyyəsi (gəliri) aşağı olduğundan icarə müqaviləsinin şərtlərinə vaxtında əməl edə bilmədiyini, icarə haqqını gecikmə ilə ödədiyini, 2 aylıq ödəniş məbləğlərinin gələcək dövrlər üçün əvvəlcədən ödəniş haqqı olduğunu, fəaliyyətinə 2013-cü ilin yanvarından başladığını bildirib.

Vergi ödəyicisinin Bakı Vergilər Departamentinə və Vergilər Nazirliyinə ünvanlandığı şikayətləri mövcud sənədlər əsasında əsassız hesab olunub və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilib.

Vergi Apellyasiya Şurasının iclasında vergi ödəyicisinin təkrar şikayətinə onun özünün iştirakı ilə baxılıb.

Təkrar şikayəti araşdıran Vergi Apellyasiya Şurası işin faktiki hallarını, gətirilmiş dəlilləri, toplanmış materialları və sübutları bir daha nəzərdən keçirərək ödəmə mənbəyində tutulan vergi üçün kameral hesablamaya əsas olan ödənişin edilməsinin təsdiq olunmadığını, icarə müqaviləsinə əsasən obyektin 2012-ci ilin sentyabr ayında icarəyə götürülməsinə baxmayaraq, 2013-cü ilin yanvar ayınadək təmir edildiyini, həmin müddət ərzində obyektin işləməsini təsdiq edən sübutların olmadığını, 2012-ci ilin sentyabr ayında edilən ödənişin 2013-cü ilin yanvar və 2015-ci ilin dekabr aylarının icarə haqqı üçün depozit məbləği olduğunu, ödənişin 2012-ci ilin IV rübü üçün olduğunu təsdiqləyən sənədin olmadığını nəzərə alaraq, əlavə hesablanmış verginin ləğv edilməsi və şikayət ərizəsinin təmin edilməsi barədə qərar çıxarıb.

Son xəbərlər

Orphus sistemi