Ukraynada azərbaycanlı sahibkarlar üçün biznes sahəsində güzəştlər təklif olunub

Ukraynada azərbaycanlı sahibkarlar üçün biznes sahəsində güzəştlər təklif olunub Azərbaycandan olan iş adamlarına çağırış edilib
Biznes
22 Sentyabr , 2015 12:09
Ukraynada azərbaycanlı sahibkarlar üçün biznes sahəsində güzəştlər təklif olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində "Çerkask Sərmayələr Forumu-2015" keçirilib. Forumda iş adamlarının müxtəlif sahələrə sərmayə qoyuluşu müzakirə edilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən "Report"a verilən məlumata görə, Forum çərçivəsində Çerkask vilayətinin qubernatoru Yuri Tkaçenko Konqres sədri Rövşən Tağıyevlə görüşərək Azərbaycandan olan iş adamlarına çağırış edib.

Qubernator bildirib ki, Çerkask Ukraynanın ən geniş potensiala malik olan vilayətlərindəndir və burada kənd təsərrüfatı, yüngül və ağır sənaye üzrə əlverişli biznes imkanları var. O Azərbaycandan olan iş adamlarına bu sahədə maksimum güzəştlər tətbiq etməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı Ukraynanın məşhur iş adamı Aleksey Vadaturski R.Tağıyevə azərbaycanlı iş adamları ilə bağlı təkliflərini açıqlayıb.

Forum çərçivəsində eyni zamanda Ukrayna Millətlər Assambleyasının rəhbəri olan Rövşən Tağıyev Gürcüstanın vitse spikeri Georgi Baramidze ilə də görüşüb. Vitse spiker Assambleya rəhbərinə Ukraynada etnik xalqlarla münasibətdə, o cümlədən gürcülərlə münasibətdə aktiv fəaliyyətinə görə minnətdarlıq edib.

Son xəbərlər

Orphus sistemi