Bakı. 10 sentyabr. REPORT.AZ/ Ukraynanın “Verba-VV” şirkəti Azərbaycanın iş adamları ilə əməkdaşlıq əlaqələri yaratmaq istəyir.
“Report” xəbər verir ki, şirkətin müraciəti ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) məlumat yayıb.
Şirkət kömürün və palletin hazırlanması üçün istifadə olunan lövhələrin istehsalı sahəsində ixtisaslaşıb. Əməkdaşlıq etmək istəyən azərbaycanlı iş adamları Fonda müraciət edə bilərlər.