Ukrayna şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Ukrayna şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir Şirkətin istehsal etdiyi bütün məhsullar beynəlxalq standartlara cavab verir
Biznes
12 İyul , 2016 18:15
Ukrayna şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Bakı. 12 iyul. REPORT.AZ/ Kiyev şəhərində yerləşən “Stoliçnaya Melniça” (Столичная Мельница) MMC Azərbaycanda fəaliyyət göstərən sahibkarları əməkdaşlığa dəvət edib.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, tanınmış müəssisəbuğda emalı, un istehsalı sahəsində fəaliyyət göstərir. Texnoloji bazası və bu sahədə böyük təcrübəsinə görə MMC Avropanın məşhur un istehsalçılarındandır. Şirkətin istehsal etdiyi bütün məhsullar beynəlxalq standartlara cavab verir.

Məlumatda qeyd olunub ki, maraqlananlar ətraflı məlumatları əldə etmək üçün Ukraynanın Azərbaycandakı (Tel: 449 40 92, Email: [email protected]) səfirliyinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi