​Türkiyənin ixracı sürətlə azalır

​Türkiyənin ixracı sürətlə azalır Bu ilin may ayında Türkiyənin ixracı illik müqayisədə 19% azalıb
Biznes
1 İyun , 2015 17:37
​Türkiyənin ixracı sürətlə azalır

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyə İxracatçılar Birliyinin (TİB) məlumatına əsasən, bu ilin may ayında Türkiyənin həyata keçirdiyi ixrac əməliyyatlarının ümumi həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 19% azalaraq 10 819 mln. dollar olub. Bu ilin ilk 5 ayında isə ixrac 8,3% azalaraq 61 296 mln. dollara düşüb.

"Report" TİB-ə istinadən xəbər verir ki, ixracdakı azalmanı dünya iqtisadiyyatındakı zəifləmə və dolların güclənməsi ilə bağlıdır. Dolların güclənməsi mal və xidmətlərin qiymətlərinə mənfi təsir edir və bu, dünya ticarətində 10%-ə yaxın azalmaya səbəb olub. Artıq bu il qlobal ticarətin 18 trln. dollardan az olacağı proqnozlaşdırılır. Təkcə bu ilin ilk rübündə 70 ölkənin ixracı 10,2%, Türkiyə ixracı isə 7,5% azalıb.

Ekspertlər mal vahidinin qiymətində azalmanın olduğunu, amma sayca daha çox ixrac həyata keçirildiyini bildirir: bu ilin ilk 4 ayında say üzrə avtomobil ixracı 17% artsa da, onun dəyər ifadəsi üzrə 8%-lik azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi