​Türkiyədə vergi borcu olanların kimliyi ictimaiyyətə açıqlanacaq

​Türkiyədə vergi borcu olanların kimliyi ictimaiyyətə açıqlanacaq Artıq rəsmi mətbuat vasitəsi ilə borclulara xəbərdarlıq edilib
Biznes
21 İyun , 2016 16:03
​Türkiyədə vergi borcu olanların kimliyi ictimaiyyətə açıqlanacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə hökuməti vergi və cərimə borcları olan ölkə vətəndaşlarının kimliyinin ictimaiyyətə açıqlanması barədə qərar qəbul edib. "Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, yerli rəsmi mətbuat artıq bu barədə borcluları xəbərdar edib.

Qərara əsasən, ötən ilin sonuna 250 min lirədən (131 min manatdan) çox borcu olan və həmin borcu bu ayın sonuna qədər ödəməyən vətəndaşların adı ictimailəşdiriləcək. İlk növbədə iyulun 15-dən avqustun 18-dək borclu vətəndaşlar barədə məlumatı yerli vergi idarələrindən əldə etmək mümkün olacaq. Sentyabrın 1-dən isə "qara siyahı" Türkiyə Gəlirlər İdarəsinin rəsmi internet səhifəsində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi