Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər
Biznes
31 Oktyabr , 2015 13:36
Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuz rayonunun Qovlar şəhərində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, sahibkarlardan iri fermer təsərrüfatı, müasir heyvandarlıq kompleksi, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatları, istixana və intensiv üzümçülük təsərrüfatları, meyvəqurutma, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilir.

Son xəbərlər

Orphus sistemi