Tehranda İran-Azərbaycan forumu keçiriləcək

Tehranda İran-Azərbaycan forumu keçiriləcək Azərbaycanlı iş adamları bu tədbirdə iştirak etməyə dəvət olunurlar
Biznes
8 Dekabr , 2015 10:58
Tehranda İran-Azərbaycan forumu keçiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 21-23-də Tehran şəhərində İran-Azərbaycan biznes forumu keçiriləcək. Forumda iştirak etmək üçün Azərbaycanın biznes nümayəndə heyətinin İrana səfəri planlaşdırılır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a daxil olan məlumatda bildirilir.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Azpromo iş adamlarını Azərbaycan nümayəndə heyətinin tərkibində qeyd olunan səfərdə iştiraka dəvət edir.

Tədbirlə bağlı əlavə məlumat almaq, habelə vaxt məhdudluğunu nəzərə alaraq, forumda şirkətini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili: 119,120,123,108, e-mail: [email protected];) göndərmək lazımdır.

Son xəbərlər

Orphus sistemi