Tarif Şurası gömrük ərazisindəki anbarlarda saxlanan malların qiymətlərini müəyyənləşdirəcək

Tarif Şurası gömrük ərazisindəki anbarlarda saxlanan malların qiymətlərini müəyyənləşdirəcək “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilib
Biznes
30 Sentyabr , 2016 18:46
Tarif Şurası gömrük ərazisindəki anbarlarda saxlanan malların qiymətlərini müəyyənləşdirəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Tarif Şurası gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların saxlancına görə qiymətləri müəyyənləşdirəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmanında qeyd edilib.

Fərmanda deyilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qurum müəyyən etdiyi qiymətləri gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqlıdır.

Son xəbərlər

Orphus sistemi