Tanınmış türk biznesmeni ​Türkiyəni tərk edir

Tanınmış türk biznesmeni ​Türkiyəni tərk edir Bürokratik əngəllərdən şikayət edən Ali Ağaoğlu biznesini İranda davam etdirmək niyyətindədir
Biznes
16 Aprel , 2016 11:38
Tanınmış türk biznesmeni ​Türkiyəni tərk edir

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyənin inşaat sektorunun lider şirkətlərindən olan "Ağaoğlu Şirkətlər Qrupu"nun sahibi Ali Ağaoğlu ölkədə icrası davam edən layihələri bitirdikdən sonra Türkiyədə bizneslə məşğul olmayacağını açıqlayıb. "Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, beynəlxalq bazarlarda iş təcrübəsi olan insanları şirkətinə cəlb edən A.Ağaoğlu restrukturizasiya işlərini tamamladığını və bundan sonra İranda bizneslə məşğul olacağını bildirib. 

"Axşam" qəzetinin müxbiri Şenay Koşdərənin xəbərinə görə, A.Ağaoğlunun Türkiyəni tərk etməsinin səbəbi planlaşdırılan yeni layihələrin heç birinin həyata keçə bilməməsidir. A.Ağaoğlu bunun səbəbini bürokratik əngəllərdə görür: "Əllərində biznesmenlərin siyahısı var və bu adamların işi getməyəcək deyirlər. Davam edən layihələrimizi bitirib, xaricə gedəcəyik".

Dövlətdən 380 mln. türk lirəsi (133 mln. dollar) alacağı olduğunu bildirən iş adamı illərdir bu pulu (ƏDV) ala bilmədiyini açıqlayıb və bunun səbəbini bürokratik əngəllərdə, səriştəsiz məmurlarda gördüyünü bildirib.

Qeyd edək ki, A.Ağaoğlunun hazırda davam edən 4 layihəsi var və bunların 2018-ci ilədək bitəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi