Sürücüsüz avtomobil istehsalına yeni ixtiraçı qatılıb

Sürücüsüz avtomobil istehsalına yeni ixtiraçı qatılıb İxtiraçı: "Sürücüsüz avtomobil lift kimidir, lifti də işlədən insanlar vardı"
Biznes
23 Mart , 2015 09:57
Sürücüsüz avtomobil istehsalına yeni ixtiraçı qatılıb

Bakı. 23 mart. REPORT.AZ/ Yaxın gələcək üçün real görünən sürücüsüz avtomobillər rəqabətinə yeni ixtiraçı - Elon Musk da qatılıb. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sahədə lider olacaqlarını söyləyən Musk, süni zəkaya qarşı qayğılı olanlara cavab olaraq, "Sürücüsüz avtomobil lift kimi bir şeydir. Əvvəllər lifti də işlədən insanlar vardı. Sonradan sadə bir dövrə quruldu və liftlər avtomatikləşdi " deyib.

Avtonom, yəni sürücüsüz avtomobillər arasında indidən ciddi rəqabət mühiti meydana gəlməyə başlayıb. “Google”in sürücüsüz avtomobilləri ilə hərəkətlənməyə başlayan bazar, daha sonra Volvonun bənzər avtomobillərinin üzə çıxması ilə bu sahədə rəqabət yaşanacağının siqnallarını verib. “Apple” şirkətinin də sürücüsüz avtomobil çıxaracağı iddiası avtomobil istehsalçılarını sual qarşısında qoyub.

Yaxın keçmişdə Cenevrə sərgisində Rinspeed, elektrikli BMW i3 sürücüsüz avtomobili ilə böyük brendlərin də yönünün bu istiqamətdə olduğu dəqiqləşib. E. Musk isə rəqabət nə qədər böyük olursa olsun, Teslanın bu sahədə lider mövqeyə gələcəyini iddia edir. 

Son xəbərlər

Orphus sistemi