​Sumqayıtda çiy dönər istehsalı ilə məşğul olan müəssisədə nöqsanlar aşkarlanıb

​Sumqayıtda çiy dönər istehsalı ilə məşğul olan müəssisədə nöqsanlar aşkarlanıb Yoxlama nəticəsində müəssisədə istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb
Biznes
19 Mart , 2015 13:43
​Sumqayıtda çiy dönər istehsalı ilə məşğul olan müəssisədə nöqsanlar aşkarlanıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 2 mkr, C.Cabbarlı küçəsi, ev 31/70 ünvanında yerləşən fiziki şəxs Vüqar Vilayət oğlu Rəsulova məxsus çiy dönər istehsalı ilə məşğul olan müəssisədə yoxlama aparılıb. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, müəssisədə istehsal olunan məhsulun normativ sənədləri, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı və müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur və məhsulun markalanması aparılmır.

Həmçinin müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxş olduğu da deyilir. Belə ki, müəssisənin tavanı və divarları kif təbəqə ilə örtülüb, xammalın və hazır məhsulların saxlanması üçün lazımi şərait mövcud deyil, müəssisə gəmiricilərlə çirklənib. Habelə məhsulun sınağını aparmaq üçün laboratoriya mövcud deyil və akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqavilə bağlanmayıb. İstismarda olan 1 ədəd ölçmə vasitəsi də müqayisəli dövlət yoxlamasından keçməyib.

Yoxlama nəticəsində müəssisədə istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi