Bakı. 14 sentyabr. REPORT.AZ/ Şri-Lanka Milli Ticarət Palatası Azərbaycanın iş adamları ilə əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir.
“Report” xəbər verir ki, təşkilatın müraciəti ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpomo) məlumat yayıb.
Palata Şri-Lankanın ixrac, idxal və birgə müəssisələri ilə bağlı Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir.
Əməkdaşlıq etmək istəyən azərbaycanlı iş adamları bununla bağlı Fonda müraciət edə bilərlər.