​Son üç gündə Azərbaycandan Rusiyaya 100 vaqondan çox pomidor göndərilib

​Son üç gündə Azərbaycandan Rusiyaya 100 vaqondan çox pomidor göndərilib Ümumilikdə, iyunun 8-10-da pomidorla yüklü 100 vaqon və 33 yük maşını Rusiyaya yola salınıb
Biznes
11 İyun , 2016 11:44
​Son üç gündə Azərbaycandan Rusiyaya 100 vaqondan çox pomidor göndərilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb. Bu barədə “Report”a Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, son dövrlər Azərbaycan fermerləri tərəfindən istehsal edilən və Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyəti qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq laborator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə DGK rəhbərliyinin Rusiya Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra problem artıq həllini tapıb.

"Belə ki, iyunun 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yük maşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiyaya yola salınıb. Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur", - deyə DGK-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi