İlk xəbər saat 10:25-də verilib
Bakı. 1 iyun. REPORT.AZ/ Biznes və iqtisadiyyat jurnalı olan "Derin Ekonomi" iyun buraxılışının üz qabığına "İslam ölkələrinin ən bacarıqlı 50 CEO-su" yazısını çıxarıb.
"Report" xəbər verir ki, baş ofisi ABŞ-da yerləşən "Dinar Standart"ın hazırladığı siyahıda 57 islam ölkəsinin toplam gəlirlərinin 6,7 trln. dollar olduğu deyilir. Araşdırılan 50 şirkət rəhbərinin adının yer aldığı siyahıya Azərbaycan Dövlət Neft Şirkətinin (
Rankinq cədvəlində üçlüyün digər iki yerdə isə Liviya Milli Neft Şirkətindən Nuri Berruien, Malayziyalı "Proton"dan Datuk Lukman İbrahim yer tutub.
R.Abdullayev siyahıda rəhbərlik etdiyi şirkətinin illik ortalama 78,79%-lik artım göstəricisi ilə liderliyə yüksəlib. SOCAR-ın ən yaxın rəqibləri olan LNOC 34,64%, "Proton" isə 31,80% artıb.
Siyahıda yer alan CEO-ların 8-i türk, 8-i malayziyalı, 7-si BƏƏ-lidir və 50 şirkət rəhbərinin 12-si neft və təbii qaz sektorunu təmsil edir.
Məlumata görə, son 300 ildə dünya iqtisadiyyatının əsas hissəsinə nəzarət edən Qərb ölkələri 2000-ci illərdə iqtisadi sarsıntı keçirib. Bundan sonra onların dünya iqtisadiyyatındakı payı 50%-dən aşağı düşüb.
Renkinqdə islam ölkələrindən olan 12 kommersiya bankının da CEO-sunun adı hallanır və 50 uğurlu şirkət rəhbəri arasında 41-ci yerdə 1 qadın CEO-nun adı yer alıb ki, o da İndoneziyanın dövlət neft və təbii qaz şirkəti olan "Pertamina"nın rəhbəri (Karen Agustiawan) xanım Karen Aqustiavandır.