​SKMF Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
14 Aprel , 2016 10:13
​SKMF Beyləqanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin, meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, cins heyvandarlıq təsərrüfatının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172, tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər. 

Qeyd edək ki, Fond aprelin 8-də Beyləqan rayonunda işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi