SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
11 İyul , 2016 19:05
SKMF Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, e-mail: [email protected]) müraciət edə bilərlər.

Xatırladaq ki, SKMF iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi