​SKMF Biləsuvarda investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Biləsuvarda investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar layihələrinin maliyyələşdirilməsi üçün Fonda müraciət edə bilərlər
Biznes
10 Dekabr , 2015 10:45
​SKMF Biləsuvarda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən Biləsuvar rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Fond sahibkarlardan cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, pendir istehsalı, meyvəqurutma, üzlük daşların və dam örtükləri istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Xatırladaq ki, SKMF dekabrın 3-də Biləsuvar rayonunun İsmətli kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi