SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar sabahdan Fonda müraciət edə bilərlər
Biznes
12 Oktyabr , 2016 19:55
SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “Report”a verilən məlumata görə, fond sahibkarlardan iri taxılçılıq, müasir heyvandarlıq kompleksinin, intensiz bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:[email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi